Türkiyə İsrailin NATO-da nümayəndəlik açmasına qoyduğu vetonu götürüb

Türkiyə İsrailin NATO-da nümayəndəlik açmasına qoyduğu vetonu götürüb Təl-Əvivin alyansdakı daimi nümayəndəliyi açılıb
Region
20 Sentyabr , 2016 11:02
Türkiyə İsrailin NATO-da nümayəndəlik açmasına qoyduğu vetonu götürüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ İsrail dövləti Brüsseldə, NATO-nun Baş Qərargahında daimi nümayəndəlik açıb.

"Report" "Dunyabulteni.net"ə istinadən xəbər verir ki, nümayəndəliyin rəhbəri vəzifəsinə İsrailin Avropa İttifaqındakı səfiri Aharon Leşno-Yaar təyin olunub. 

O, NATO-nun baş katibi Yens Stoltenbergə etimadnaməsini təqdim edib.

Məlumata görə, İsrail dövlətinin səfiri daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib.

Qeyd edək ki, İsrail uzun illərdir NATO-da daimi nümayəndəlik açmaq istəyirdi. Lakin Türkiyə buna veto qoyurdu. Rəsmi Ankara bu vetonu qaldırdıqdan sonra İsrailin NATO-da daimi nümayəndəliyi açılıb.

Son xəbərlər

Orphus sistemi