Türkiyə İranda ilk dəfə olaraq azad ticarət zonası quracaq

Türkiyə İranda ilk dəfə olaraq azad ticarət zonası quracaq Əli Yəzdani: "İstanbul Sənaye Palatası bu çərçivədə İrana 10 milyard dollarlıq sərmayə qoymağı planlaşdırır"
Region
27 Oktyabr , 2016 12:51
Türkiyə İranda ilk dəfə olaraq azad ticarət zonası quracaq

Bakı. 27 oktyabr. REPORT.AZ/ Türkiyə İranda azad ticarət zonası (ATZ) quracaq.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Əli Yəzdani bildirib.

Onun sözlərinə görə, 500 hektarlıq sahədə 140 bölmədən ibarət zona qurulacaq.

"İstanbul Sənaye Palatası bu çərçivədə İrana 10 milyard dollarlıq sərmayə qoymağı planlaşdırır. Ölkəmizdə dağınıq şəkildə xarici sərmayəçi var. Ancaq ilk dəfə ticarət zonası əcnəbilər tərəfindən qurulacaq. Üstəlik zonanın bütün layihələri də Türkiyə tərəfindən həyata keçiriləcək", - deyə Ə.Yəzdani vuruğulayıb.

Məlumata görə, zonanın tikilməsi üçün İran tərəfi İstanbul Sənaye Palatasına 15 bölgə təkilf edib. Bu istiqamətdə müzakirələrin davam etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi