​Türkiyə hökumətində üç yeni nazir təyinatı olub

​Türkiyə hökumətində üç yeni nazir təyinatı olub Hər üçü nazirliklərdə əvvəllər müşavir postunu tutublar
Region
7 Mart , 2015 10:57
​Türkiyə hökumətində üç yeni nazir təyinatı olub

Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə hökumətində üç yeni nazir təyinatı olub.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, qərarla Kənan İpək ədliyyə, Səbahəttin Öztürk daxili işlər, Feridun Bilgin isə nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsinə təyin edilib. Onların hər üçü sözügedən nazirliklərdə əvvəllər müşavir postunu tutublar.

Qeyd edək ki, Bəkir Bozdağ, Efkan Ala və Lütfi Elvan bu il iyunun 7-də Türkiyədə keçirilməsi planlaşdırılan parlament seçkilərinə qatılacaqlarından tutduqları vəzifələrindən istefa veriblər. 

Son xəbərlər

Orphus sistemi