TSK: Suriya ilə sərhəddə İŞİD-in bir üzvü və üç maşını məhv edilib - YENİLƏNİB - VİDEO

TSK: Suriya ilə sərhəddə İŞİD-in bir üzvü və üç maşını məhv edilib - YENİLƏNİB - VİDEO Türkiyə-Suriya sərhədində baş vermiş hadisə nəticəsində 1 zabit şəhid olub, 2 çavuş yaralanıb
Region
23 İyul , 2015 21:11
TSK: Suriya ilə sərhəddə İŞİD-in bir üzvü və üç maşını məhv edilib - YENİLƏNİB - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya ilə sərhəddəki Kilis rayonunda baş verən insidentlə bağlı rəsmi açıqlama yayıb.

"Report"un "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, İŞİD-in nəzarəti altında olan həmsərhəd rayondan açılan atəş nəticəsində bir türk hərbçisi həlak olub, daha iki hərbçi yaralanıb.

Cavab atəşi ilə 5 terrorçu öldürülüb, İŞİD-ə məxsus üç maşın məhv edilib.

Ölən terrorçudan 1 ədəd AK-47 "Kalaşnikov" tipli avtomat, 1 ədəd minaatan ələ keçirilib.

NTV telekanalının məlumatına görə isə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" tipli təyyarələr hadisə bölgəsinə istiqamətləndirilib.

Qeyd edək ki, iyulun 23-də Ankarada baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə milli təhlükəsizlik məsələlərinə dair fövqəladə müşavirə keçirilib.

*** 19.39

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyə-Suriya sərhəddində İŞİD terror qruplaşmasının üzvləri ilə türkiyəli hərbçilər arasında silahlı qarşıdurma baş verib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Kilis vilayətinin Əlbəyli qəsəbəsində baş vermiş hadisə nəticəsində 1 zabit şəhid olub, 2 çavuş yaralanıb.

Yaralıların Kilis dövlət xəstəxanasına qaldırıldığı və sağlıq durumlarının yaxşı olduğu bildirilib.

Şəhid hərbçinin Yalçın Nanə, yaralı əsgərlərin adlarının isə Fatih Kurt və Nəcəf Çakmaktepe olduğu qeyd olunub.

Bundan əlavə, Türkiyə təhlükəsizlik qüvvələri hadisədən sonra qarşı tərəfi atəşə tutub, İŞİD-in bir üzvü öldürülüb. 

Son xəbərlər

Orphus sistemi