Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyə həbsxanalarında hazırda 76 Azərbaycan vətəndaşı cəza çəkir.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, 2011-ci illə müqayisədə Türkiyə həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 10 nəfər artıb.
Ümumilikdə isə Türkiyə həbsxanalarında 108 ölkədən 2 936 vətəndaş saxlanılır. Onlardan ən çoxu Suriya (622 nəfər), İran (426 nəfər) və Gürcüstan (208 nəfər) vətəndaşlarıdır.