Türkiyə ərazisi Suriyadan raket atəşinə məruz qalıb

Türkiyə ərazisi Suriyadan raket atəşinə məruz qalıb İnsident nəticəsində 18 yaşlı qız yaralanıb
Region
27 Oktyabr , 2016 07:33
Türkiyə ərazisi Suriyadan raket atəşinə məruz qalıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Suriya tərəfindən atılan raket Türkiyənin cənub-şərqində yerləşən Kilis əyalətinə düşüb, bir nəfər yaralanıb.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, insident çərşənbə günü Türkiyə-Suriya sərhədi yaxınlığında baş verib.

"Anadolu"nun məlumatına görə, raket İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılıb.

Atəş nəticəsində 18 yaşlı qız yüngül xəsarət alıb, o, xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi