Türkiyədə daha 12 terrorçu zərərsizləşdirilib

Türkiyədə daha 12 terrorçu zərərsizləşdirilib Silahlı Qüvvələrə aid qırıcılar səhər saatlarında terrorçuların atəş mövqelərini məhv edib
Region
7 Sentyabr , 2016 14:21
Türkiyədə daha 12 terrorçu zərərsizləşdirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda terrorçu PKK qruplaşmasının sığındığı yerlərə havadan endirilən zərbələr nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə aid qırıcılar səhər saatlarında terrorçuların atəş mövqelərini məhv edib.

Hava əməliyyatından sonra qırıcılar hərbi bazaya dönüb. 

Son xəbərlər

Orphus sistemi