Türkiyə daha bir şəhid verib, 5 nəfər yaralanıb

Türkiyə daha bir şəhid verib, 5 nəfər yaralanıb Bir qrup terrorçu Diyarbəkir vilayətinin Sur rayonunun Özəkli kəndində jandarmeriyaya hücum edib
Region
12 Avqust , 2015 19:09
Türkiyə daha bir şəhid verib, 5 nəfər yaralanıb

Bakı. 12 avqust. REPORT.AZ/ Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunun Özəkli kəndində bir qrup terrorçunun jandarmeriyaya hücumu nəticəsində bir çavuş şəhid olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.

Məlumatda bildirilir ki, terrorçular minaatan və iriçaplı pulemyotlardan istifadə ediblər. Silahlı qarşıdurmada biri ağır olmaqla 5 hərbçi və bir kənd qoruyucusu yaralanıb , 2 terrorçu məhv edilib. Ağır yaralanan çavuşu qaldırıldığı xəstəxanada həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi