Türkiyə Beynəlxalq Koalisiya ilə razılaşdırmadan İŞİD-ə hava zərbələri endirməyəcək

Türkiyə Beynəlxalq Koalisiya ilə razılaşdırmadan İŞİD-ə hava zərbələri endirməyəcək Bunu Vaşinqtonda Dövlət departamenti nümayəndəsi Con Kirbi bildirib
Region
14 Avqust , 2015 02:33
Türkiyə Beynəlxalq Koalisiya ilə razılaşdırmadan İŞİD-ə hava zərbələri endirməyəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Türkiyə ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya ilə razılaşdırmadan İŞİD-ə hava zərbələri endirməyəcək. "Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda Dövlət departamenti nümayəndəsi Con Kirbi bildirib.

Onun sözlərinə görə, Vaşinqton əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədi ilə Türkiyədən xahiş edib ki, "koalisiya ile inteqrasiya tam təmin edilənədək İŞİD-ə qarşı təkbaşına aviazərbələr endirməsin".

Kirbi: "Türklər bu təşəbbüsə razılaşdı", - deyə qeyd edib. 

Son xəbərlər

Orphus sistemi