Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyə
"Report" TRT-yə istinadən xəbər verir ki, XİN Türkiyənin növbəti dəfə Belçikanın əsassız ittihamlarına məruz qaldığı, tarixi faktların təhrif olunduğu və qanunun aliliyinin pozulduğuna işarə edərək qəbul olunan qətnaməni kəskin şəkildə pisləyib.
Nazirlikdə qeyd edirlər ki, qətnamə türk xalqının tarixi yaddaşına etinasızlıq göstərir və Türkiyə-Belçika münasibətlərinə mənfi təsir edə bilər.
"Bu qətnamə türk xalqına və onun tarixi yaddaşına qarşı yönəlmiş qarayaxma tədbirlərinin bir mərhələsidir", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.