​Türkiyə Baş Qərargahı: "İraqdakı təlim bazasına hücum olub, 4 türk hərbçisi yaralanıb"

​Türkiyə Baş Qərargahı: "İraqdakı təlim bazasına hücum olub, 4 türk hərbçisi yaralanıb" Yaralılar Şırnak bölgəsinə təxliyə edilib
Region
16 Dekabr , 2015 22:31
​Türkiyə Baş Qərargahı: İraqdakı təlim bazasına hücum olub, 4 türk hərbçisi yaralanıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyənin İraqın Mosul bölgəsinin Başika yaşayış məntəqəsində yerləşən məşq bazası "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altında olan ərazidən minaatanlardan atəşə tutulub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında bildirilir.

Məlumata görə, insident nəticəsində 4 türk hərbçisi həyatı təhlükəsi olmayacaq dərəcədə yaralanıb və onlar Şırnak bölgəsinə təxliyə edilib. Yaralıların vəziyyəti qənaətbəxşdir.

"Bu gün yerli vaxtla 15.10-da peşmərgə və İŞİD terror təşkilatı arasında baş verən döyüş zamanı türk hərbçilərinin olduğu Başikadakı təlim düşərgəsi "Katyuşa" yaylım atəşi sistemindən atəşə tutulub. Cavab olaraq İŞİD-in mövqelərinə qaubitsadan atəş açılıb", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl "Al Arabia" və "Sky News Arabia" telekanalları Türkiyə hərbçilərinin Şimali İraqdakı düşərgəsinin raket atəşinə tutulduğu, ölən və yaralıların olduğu barədə məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi