Bakı. 18 fevral. REPORT.AZ/ "Terror qruplaşmalarına silah, Türkiyəyə başsağlığı verənlərin ikiüzlülüyünə son qoyulmalıdır".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Yalçın Ərdoğan fevralın 17-də Ankarada törədilən terrorla bağlı "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Terrora qarşı qəti münasibət və səmimi həmrəylik gözləyirik. Kandil (terrorçu PKK-nı nəzərdə tutur - "Report") Ankaradakı terroru müdafiə edib, "PYD" (PKK-nın Suriyadakı qolu - "Report") isə cinayətin məsuliyyətini üzərinə götürməyib. Bunlar həm terrorçu, həm də yalançıdırlar", - deyə o bildirib.