Türkiyənin baş naziri: "Yeni konstitusiya layihəsi iyuna qədər hazır olacaq"

Türkiyənin baş naziri: "Yeni konstitusiya layihəsi iyuna qədər hazır olacaq" Davudoğlu: "Əminəm ki, demokratik, vətəndaş və azad yeni konstitusiyamız deputatlar tərəfindən dəstəklənəcək"
Region
29 Mart , 2016 14:56
Türkiyənin baş naziri: Yeni konstitusiya layihəsi iyuna qədər hazır olacaq

Bakı. 29 mart. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yaxın iki ay ərzində ölkənin yeni konstitusiya layihəsi üzərində işi tam başa vurmaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə AKP-nin sədri və ölkənin baş naziri Əhməd Davudoğlu parlamentdəki çıxışı zamanı bildirib.

"İki ay ərzində yeni konstitusiyanın mətninin yazılması ilə bağlı işləri tamamlamağı planlaşdırırıq. Bundan sonra layihəni müvafiq dövlət orqanları ilə müzakirə edəcəyik. Ən geci iyunda layihəni parlamentin ixtiyarına verəcəyimizə ümid edirik. Əminəm ki, demokratik, vətəndaş və azad yeni konstitusiyamız deputatlar tərəfindən dəstəklənəcək", - deyə baş nazir vurğulayıb.

Yeni konstitusiya hazırlanması AKP və onun parlamentdəki cari fraksiya heyətinin əsas işidir. Yeni əsas qanun üzərində iş əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) demarşına görə dayandırılmışdı. CHP ölkənin idarə olunması formasının müzakirəyə çıxarılmasından belə imtina edib. Bununla əlaqədar olaraq konstitusiyanın hazırlanması üzrə parlament komissiyası ləğv edilmişdi. AKP isə yeni konstitusiya üzərində təkbaşına işləyəcəyini bildirmiş, layihəyə idarəolunma formasının dəyişdirilməsi barədə maddələr salınacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi