​Türkiyə-Azərbaycan sərhədi yaxınlığında terrorçulara yardım etməkdə şübhəli bilinənlər tutulub

​Türkiyə-Azərbaycan sərhədi yaxınlığında terrorçulara yardım etməkdə şübhəli bilinənlər tutulub Onlara qarşı terror təşkilatına yardım etmək və terroru təşviq, təbliğ etmək maddələri ilə cinayət işi açılıb
Region
15 Sentyabr , 2015 10:39
​Türkiyə-Azərbaycan sərhədi yaxınlığında terrorçulara yardım etməkdə şübhəli bilinənlər tutulub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyənin İğdır şəhərində 13 polisin şəhid olması ilə nəticələnən cinayət işi ilə bağlı iki nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, 39 yaşlı S.P. və İğdırın Yazlıq kənd başçısı 49 yaşlı M.P.-yə qarşı "terror təşkilatına yardım, terroru təşviq və təbliğ etmək" maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, sentyabrın 8-də Türkiyənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası sərhəddi yaxınlığında yerləşən İğdır əyalətinin Dilucu sərhəd qapısında xidməti vəzifəsini icra etməyə gedən gömrük işçilərinin təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan mikroavtobus minaya düşmüşdü. Hadisə nəticəsində 13 polis şəhid olub, 3-ü yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi