​Türkiyə Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv edib

​Türkiyə Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv edib Sabah Avropa Komissiyasında Türkiyə vətəndaşlarına viza rejiminin ləğvi məsələsi müzakirə olunacaq
Region
3 May , 2016 12:51
​Türkiyə Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv edib

Bakı. 3 may. REPORT.AZ/ Türkiyə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Türkiyənin dövlət qəzeti olan "Resmi Gazete"-si məlumat yayıb.

Qəzet Türkiyə Nazirlər Kabinetinin Aİ-yə üzv dövlətlərin vətəndaşlarına tətbiq olunan viza rejiminin ləğvi ilə bağlı qərarını dərc edib.

Bu qərar Türkiyə vətəndaşlarına Şengen zonasına daxil olmaq üçün tətbiq edilən viza rejimi ləğv edilməsi ilə eyni vaxtda qüvvəyə minəcək. Türkiyə hökuməti qərarı "Xaricilərin beynəlxalq müdafiəsi haqda" qanuna əsasən qəbul edib.

Qeyd edək ki, mayın 4-də Avropa Komissiyasında Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejiminin ləğvi məsələsi müzakirə ediləcək. 

Xatırladaq ki, Avropa Komissiyası rəsmi Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə Türkiyəyə viza ləğvini təsdiq etmək niyyətində olduğuna dair xəbər yayılıb.

Avropa Komissiyasının aprelin sonlarında yayılmış bəyanatında Türkiyənin göstərilən müddətə qədər bütün şərtləri yerinə yetirəcəyi təqdirdə bu ölkəyə vizasız rejimin təklif oluna biləcəyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi