Türkiyə Ali Məhkəməsinə 75, Kassasiya Məhkəməsinə 267 yeni üzv təyin edilib

Türkiyə Ali Məhkəməsinə 75, Kassasiya Məhkəməsinə 267 yeni üzv təyin edilib HSYK bu təyinatları hər iki məhkəmənin üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əsaslandırıb
Region
25 İyul , 2016 15:39
Türkiyə Ali Məhkəməsinə 75, Kassasiya Məhkəməsinə 267 yeni üzv təyin edilib

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, yığıncaqda HSYK İdarə Heyətinin 17 üzvü iştirak edib. 

Toplantının yekununda Türkiyə Ali Məhkəməsinə (Danıştay) 75, Kassasiya Məhkəməsinə (Yargıtay) 267 nəfər yeni üzv təyin edilib. 

HSYK bu təyinatları hər iki məhkəmənin üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əsaslandırıb. 

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə uğursuz dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində 2 100 hakim və prokurorun saxlanıldığını bildirib. Onların arasında HSYK-nın 5 üzvü də var. 

Son xəbərlər

Orphus sistemi