Türkiyə Ali Hərbi Şurasının toplantısının tarixi açıqlanıb

Türkiyə Ali Hərbi Şurasının toplantısının tarixi açıqlanıb İclas baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçiriləcək
Region
22 Avqust , 2016 17:59
Türkiyə Ali Hərbi Şurasının toplantısının tarixi açıqlanıb

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyənin Ali Hərbi Şurası avqustun 23-də toplanacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, toplantı baş nazir Binəli Yıldırımın sədrliyi ilə Çankaya iqamətgahında keçiriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin müdafiə naziri Fikri İşıq bildirmişdi ki, ölkəsinin ordusu Türkiyə Silahlı Qüvvələrinə sızmış xainlərin çoxundan təmizlənib. Onun sözlərinə görə, 9-u general və admiral olmaqla 137 nəfər fəraridir: "Avqustda həmin hərbçilərin məsələsini müzakirə etmək üçün Ali Hərbi Şuranın toplantısını keçirməyi planlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi