Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb - YENİLƏNİB - VİDEO

Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb - YENİLƏNİB - VİDEO Toplantı 5 saat davam edib
Region
28 İyul , 2016 17:34
Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb - YENİLƏNİB - VİDEO

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə Ali Hərbi Şurasının (YAŞ) iclası başa çatıb.

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Çankaya köşkündə baş nazir Binəli Yıldırımın sədrliyi ilə keçirilən toplantı 5 saat davam edib.

*** 12:38

Türkiyə Ali Hərbi Şurasının (YAŞ) iclası başlayıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, toplantı ilk dəfə olaraq Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi altında Çankaya köşkündə (hökumət evi) baş tutub. İndiyədək Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahındakı "Çaxmaq salonu"nda "çox gizli" keçirilən iclasa həmçinin milli müdafiə naziri Fikri Işık da ilk dəfə qatılıb. Baş nazir, eləcə də nazir və generallar iclasdan əvvəl Anıtqəbir muzeyini ziyarət edib. B.Yıldırım xatirə dəftərinə öz ürək sözlərini yazıb. Bundan başqa, ziyarət əsnasında YAŞ üzvlərinin yanında ilk dəfə zabitlər yer almayıb.

Məlumata görə, toplantıda Türkiyə Silahlı Qüvvələrində təltif və təyinatlarla yanaşı, Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi də ətraflı şəkildə müzakirə ediləcək. Eyni zamanda, bir sıra mühüm qərarlar qəbul olunacaq.

YAŞ üzvü, general-leytenant Akın Öztürkün FETÖ-nun uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində barəsində həbs qətimkan tədbiri seçildiyindən toplantıya qatıla bilməyib. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrindən istefa verən general-leytenantlar İhsan Uyar və Kamil Başoğlu da iclasda iştirak etmir. Dövlət çevrilişi cəhdindən sonra Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) müalicə alan Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, general-leytenant Gali Mendi isə toplantıya qatıla bilib.

Toplantı əvvəlki illərdən fərqli olaraq bir gün olacaq və qərarlar ölkə prezidentinin təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi