Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyə, ABŞ və Fransanın müdafiə nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəliblər.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, üçtərəfli görüşdə Türkiyənin müdafiə naziri Fikri Işık, ABŞ-ın müdafiə naziri Eşton Karter və Fransanın müdafiə naziri Jan-iv Le Drian iştirak ediblər.
Görüşdə terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə çərçivəsində İraqın Mosul əyaləti və Suriyada keçirilən əməliyyatlar müzakirə olunub.