​"Turkish Airlines"ə məxsus təyyarə terror təhlükəsi səbəbindən təcili eniş edib

​"Turkish Airlines"ə məxsus təyyarə terror təhlükəsi səbəbindən təcili eniş edib Nyu-Yorkdan İstanbula uçan "Airbus A330" Kanadaya enib
Region
22 Noyabr , 2015 10:19
​Turkish Airlinesə məxsus təyyarə terror təhlükəsi səbəbindən təcili eniş edib

Bakı. 22 noyabr. REPORT.AZ/ "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə Kanadanın Halifaks şəhərinə təcili eniş edib.

"Report" "LifeNews" telekanalına istinadən xəbər verir ki, Nyu-Yorkdan İstanbul istiqamətində hərəkətdə olan "Airbus A330" terror təhlükəsi səbəbindən təcili eniş istəyib.

Təhlükə barədə məlumat təyyarə uçduqdan və eşelona çıxdıqdan sonra son dərəcə yüksəklikdə olduğu zaman daxil olub.

Layner uğurlu eniş edib, zərər çəkən olmayıb. Təyyarəyə fövqəladə xidmətin əməkdaşları cəlb edilib.

Son xəbərlər

Orphus sistemi