"Türk Hava Yolları" Bakı da daxil olmaqla bir çox reysləri təxirə salıb

"Türk Hava Yolları" Bakı da daxil olmaqla bir çox reysləri təxirə salıb Reyslər İstanbulda bu gün gözlənilən fırtınaya görə təxirə salınıb
Region
9 Yanvar , 2016 00:37
Türk Hava Yolları Bakı da daxil olmaqla bir çox reysləri təxirə salıb

Bakı. 9 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" şirkəti İstanbulun hava limanlarından bu günə nəzərdə tutulan 31 daxili və xarici reysin eniş və qalxmasını təxirə salıb. "Report" xəbər verir ki, bu haqda "Hürriyet" qəzeti məlumat yayıb.

Məlumata görə, reyslər İstanbulda bu gün gözlənilən fırtınaya görə təxirə salınıb. Təxirə salınan reyslər arasına İstanbul-Bakı reysi də daxil edilib.

Səyahətdən öncə müştərilər şirkətin saytından əlavə məlumat əldə edə bilər.

Son xəbərlər

Orphus sistemi