​Türk hakerləri Ermənistanın dövlət orqanlarının saytlarına kiber hücumu edib

​Türk hakerləri Ermənistanın dövlət orqanlarının saytlarına kiber hücumu edib "Aslan neferler tim"i yönəli kiber hücumları davam etdirəcəklərini vurğulayıblar
Region
6 Aprel , 2016 11:05
​Türk hakerləri Ermənistanın dövlət orqanlarının saytlarına kiber hücumu edib

Bakı. 6 aprel. REPORT.AZ/ "Aslan neferler tim"i adlı hakerlər qrupu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı, Energetika və Kənd Təsərrüfatı nazirlikləri, habelə Müdadiə Nazirliyinə aid saytlara kiber hücumu edərək, girişi bağlayıblar.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, türk hakerləri Azərbaycana dəstək vermək məqsədi ilə Ermənistanın başqa dövlət orqanlarının saytlarına da girişi bağlayıblar. "Aslan neferler tim"i sosial şəbəkədəki səhifələrində Ermənistana yönəli kiber hücumları davam etdirəcəklərini vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi