​Tiflisdə nüvə təhlükəsizliyi konfransı keçirilir

​Tiflisdə nüvə təhlükəsizliyi konfransı keçirilir Tədbirdə Azərbaycandan olan nümayəndələr də iştirak edir
Region
24 Fevral , 2015 10:46
​Tiflisdə nüvə təhlükəsizliyi konfransı keçirilir

Bakı.24 fevral. REPORT.AZ/ Bu gün Tiflisdə nüvə və radiasiya təhlükəsizliyi üzrə beynəlxalq forum işə başlayıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, forum fevralın 25-də başa çatacaq.

Konfransda qolobal və regional aspektdən nüvə və radiasiya təhlükəsizliyi, nüvə təhdidlərinə milli cavab reaksiyası, sahə institutlarında nüvə siyasəti məsələləri müzakirə edilir.

Tədbirin təşkilatçıları Gürcüstanın Xarici İşlər və Daxili İşlər nazirlikləri, Mülkü Müdafiə və Təhlükəsizlik üzrə Vətəndaş Şurasıdır.

Forumun maliyyə dəstəkçiləri İsveçin Radiasiya Təhlükəsizliyi Agentliyi, Britaniyanın Energetika və iqlim dəyişikliyi İdarəsi, ABŞ-ın Dövlət Departamentidir.

Tədbirdə Gürcüstan mütəxəssisləri ilə yanaşı ABŞ, Britaniya, Azərbaycan, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Ukrayna, Qazaxıstan, İsveç, Misir, İordaniya, İsrail, Ermənistandan olan ekspertlər, eləcə də dövlət və hökumət təmsilçiləri iştirak edir. Bu ölkələr Nüvə Silahının Yayılmaması haqda Müqavilənin hər il keçirilən tədbirlərinə də qatılırlar.

Tiflis forumundan sonra bu ilin mayında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Nüvə Silahının Yayılmaması ilə bağlı konfrans keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi