Tehranda ​"The Washington Post" qəzeti müxbirinin məhkəməsi davam etdirilib

Tehranda ​"The Washington Post" qəzeti müxbirinin məhkəməsi davam etdirilib Ceyson Rezaian və daha iki nəfər İrana qarşı "casusluq"da şübhəli bilinir
Region
8 İyun , 2015 14:22
Tehranda ​The Washington Post qəzeti müxbirinin məhkəməsi davam etdirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Tehranda "The Washington Post" qəzetinin müxbiri Ceyson Rezaianın məhkəmə prosesinin ikinci iclası başlayıb.

"Report" xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

Xəbərə görə, C.Rezaian və daha iki nəfər İrana qarşı "casusluq"da şübhəli bilinirlər.

Qeyd edək ki, 39 yaşlı Rezaian İran və ABŞ vətəndaşıdır və "The Washington Post" qəzetinin müxbiridir. O, 2012-ci ildə Tehrana səfər edib. Ceyson Rezaian, xanımı və amerikalı daha iki nəfər - fotoqraf və ştatdankənar müxbir 2014-cü il iyulun 22-də Tehranda həbs olunublar. Bir müddət sonra onun xanımı və fotoqraf sərbəst buraxılıb.

Birinci məhkəmə iclası bu il mayın 26-da keçirilib.

Məlumatda bildirilib ki, onlar İran hökumətinin daxili və xarici siyasəti ilə bağlı qəbul etdiyi qərarlar haqda məlumatlar toplamaqda, eləcə də düşmən dövlətlərlə əməkdaşlıqda ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi