Terrorçular Türkiyədə hərbi hissəyə hücum ediblər: 10 ölü

Terrorçular Türkiyədə hərbi hissəyə hücum ediblər: 10 ölü Şemdinli rayonunda çox sayıda PKK terrorçusu öldürülüb
Region
8 Oktyabr , 2015 02:47
Terrorçular Türkiyədə hərbi hissəyə hücum ediblər: 10 ölü

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyənin İraqla həmsərhəd Hakkari vilayətində terrorçular bir neçə istiqamətdən hərbi hissəyə hücum ediblər.

“Report”un “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Şemdinli rayonunda baş verən döyüş nəticəsində ən azı 10 PKK terrorçusu öldürülüb.

Terrorçuların hərbi hissəyə üç istiqamətdən yaxınlaşdığını qeyd edən türkiyəli hərbçilər öldürülən PKK üzvlərinin sayının daha çox ola biləcəyini istisna etməyiblər. 

Son xəbərlər

Orphus sistemi