​Terrorçu PKK ilk dəfə raket atanlardan istifadə edib

​Terrorçu PKK ilk dəfə raket atanlardan istifadə edib ABŞ və Rusiya rəsmiləri İraq və Suriyadakı kürdlərə silah-sursat verdiklərini bildiriblər
Region
23 Oktyabr , 2015 11:31
​Terrorçu PKK ilk dəfə raket atanlardan istifadə edib

Bakı. 23 oktyabr. REPORT.AZ/ PKK terror təşkilatı Türkiyənin Suriya və İraqla sərhədi yaxınlığında yerləşən Şırnak vilayətinin Beytüşşebah rayonuna basqında ilk dəfə olaraq, raket atanlardan istifadə edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Beytüşşebapın icra başçısı Kadir Güntəpə "twitter" səhifəsində yazıb.

Məlumata görə, indiyədək törətdiyi terrorlar zamanı PKK bu silahdan istifadə etməyib.

Xatırladaq ki, sentyabrın 25-də PKK Beytüşşebapa qruplarla basqın etməsi nəticəsində iki əsgər şəhid olmuş, bir kənd qoruyucusu və 8 əsgər yaralanmış, 34 terrorçu zərərsizləşdirilmişdi.

Qeyd edək ki, bu yaxınlarda ABŞ və Rusiya rəsmiləri İraq və Suriyadakı kürd silahlılarına silah-sursat verdiklərini bildiriblər. ABŞ terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-yə ("Demokratik Birlik Partiyası") 27 konteyner silah-sursat verib. Rəsmi Ankaranın məsələ ilə bağlı sorğusuna Ağ Ev hələ də qaneedici cavab verməyib. 

Son xəbərlər

Orphus sistemi