Tehrana səfər edən Cənubi Koreya prezidenti başını örtüb

Tehrana səfər edən Cənubi Koreya prezidenti başını örtüb İranla Cənubi Koreya arasında 20 sənəd imzalanıb
Region
2 May , 2016 12:30
Tehrana səfər edən Cənubi Koreya prezidenti başını örtüb

Bakı. 2 may. REPORT.AZ/ Tehrana səfər edən Cənubi Koreya prezidenti Pak Kın He İslam Respublikasındakı qaydalara uyğun olaraq başını örtməyə məcbur olub.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, Cənubi Koreya liderinin səfəri mayın 1-də başlayıb. 

Mayın 2-də Tehranda İran prezidenti Həsən Ruhani və Cənubi Koreyanın dövlət başçısı Pak Kın He arasında görüş keçirilib. 

Prezidentlərin danışıqlarından sonra iki ölkə arasında sənədlər imzalanıb. İranla Cənubi Koreya arasında sənaye, maliyyə, hüquq, elm və mədəniyyət sahələrində əməkşalığı genişləndirmək məqsədi ilə 20 memorandum imzalanıb.

Tərəflər neft və təbii qazın birgə hasilatı, eləcə də elektrik enerjisi sahəsində əməkdaşlıq və bu istiqamətdə yeni mənbələrin axtarılması məsələsində də razılığa gəliblər.

İran və Cənubi Koreya 2017-ci ildə bir-birinin ərazisində mədəniyyət mərkəzinin açılması məsələsini də razılaşdırıblar.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibət 1962-ci ildə qurulub. Ötən müddət ərzində Cənubi Koreyanın prezidenti İrana rəsmi səfər etməyib. Pak Kın He Cənubi Koreyanın tarixində İrana rəsmi səfər edən ilk prezidentdir.

Son xəbərlər

Orphus sistemi