Bakı. 17 mart. REPORT.AZ/ Tehranda Bazar meydanındakı partlayış terror deyil və hadisə bazardakı atelyelərdən birində kimyəvi maddənin partlaması nəticəsində baş verib.
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda Tehranın təhlükəsizlik idarəsinin rəisi Hüseyn Sacədiniya yerli mediaya açıqlamasında bildirib.
Qeyd edək ki, martın 16-da axşam saatlarında Tehran bazarında baş verən partlayış nəticəsində 39 nəfər yaralanıb. Onların 12-nin vəziyyəti ağırdır.