​Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail olub

​Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail olub Problemlər sanksiyalara görə yaranmışdı
Region
2 İyul , 2015 10:10
​Tehran 13 ton qızılın ölkəyə qaytarılmasına nail olub

Bakı. 2 iyul. REPORT.AZ/ İran hökuməti Cənubi Afrika Respublikasından aldığı və iki il ərzində Qərbin sanksiyalarına görə ölkəyə gətirə bilmədiyi 13 ton qızılın ölkəyə qaytarılmasına nail olub.

"Report" Fars Agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seyfi bildirib.

İran Mərkəzi Bankının rəhbəri qeyd edib ki, qızılın Tehrana təhvil verilməsi sanksiyalar bəhanəsi ilə süni şəkildə yaradılmış məntiqsiz bir problem idi. Seyfinin sözlərinə görə, qızılın qaytarılması Vyanadakı danışıqlarda İran nümayəndə heyətinin fəaliyyəti nəticəsində mümkün olub.

Son xəbərlər

Orphus sistemi