Bakı. 20 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisində (TBMM) Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı istintaq başlanıb.
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyə parlamentinin baş katibinin müavinləri Muhammet Bozdağ, Kemal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb.
Bundan əlavə, TBMM-in Hüquq xidmətləri departamentinin sədri Yıldız Bezginli, Araşdırma xidmətləri departamentinin sədri Ahmet Yıldız, Büdcə departamenti sədrinin müavinləri Ercan Çeliker və Remzi Çiftepınar, Dəstək xidmətləri departamenti sədrinin müavini Şemsettin Kılınç və Mətbuat-yayım və ictimaiyyətlə əlaqələr departamenti sədrinin müavini Hamit Eşen işdən azad edilib.