​Tbilisidə yaşayış binasında partlayış baş verib, 4 nəfər ölüb

​Tbilisidə yaşayış binasında partlayış baş verib, 4 nəfər ölüb Partlayışa qaz sızması səbəb olub
Region
14 İyul , 2015 23:28
​Tbilisidə yaşayış binasında partlayış baş verib, 4 nəfər ölüb

Bakı. 14 İyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə şəhər meri David Narmaniyə istinadən "Qruziya Online" məlumat yayıb.

İlkin məlumatlara görə, hadisənin baş verməsinə qaz sızması səbəb olub. Partlayış dalğası qonşuluqdakı bir neçə mənzilin divarını dağıdıb.

Hadisə yerində xilasetmə və fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi