Tbilisidə Gürcüstan və Rusiya biznesmenlərinin görüşü keçiriləcək

Tbilisidə Gürcüstan və Rusiya biznesmenlərinin görüşü keçiriləcək Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək
Region
20 Oktyabr , 2016 11:47
Tbilisidə Gürcüstan və Rusiya biznesmenlərinin görüşü keçiriləcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin noyabrında Tbilisidə Gürcüstan və Rusiya biznesmenlərinin görüşü keçiriləcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İnformasiyaya görə, görüş Rusiya və Gürcüstan Sənaye-Ticarət Palatasının himayədarlığı altında keçiriləcək.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi