​Tbilisi zooparkından qaçan pələng Qori ətrafında axtarılır

​Tbilisi zooparkından qaçan pələng Qori ətrafında axtarılır Şəhər ətrafına yerli xilasetmə xidmətinin qüvvələri və hüquq-mühafizə orqanları səfərbər edilib
Region
20 İyun , 2015 17:25
​Tbilisi zooparkından qaçan pələng Qori ətrafında axtarılır

Bakı. 20 iyun. REPORT.AZ/ Qori yaxınlığında yerləşən Reha kəndinin mərkəzində yerli əhali böyük heyvana məxsus qeyri-adi ləpirlər aşkar edib və bu barədə fövqəladə hallar xidmətinə məlumat veriblər. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Şəhər ətrafındakı kəndin ərazisinə yerli xilasetmə xidmətinin qüvvələri və hüquq-mühafizə orqanları səfərbər edilib.

Xatırladaq ki, zooparkdan qaçan heyvanların axtarışını həyata keçirmək məqsədilə peşəkar ovçulardan ibarət xüsusi dəstə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi