​Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

​Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq Zurab Qurielidze: "Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik"
Region
18 Avqust , 2015 11:57
​Tbilisi zooparkı təbii fəlakətdən sonra yenidən açılacaq

Bakı. 18 avqust. REPORT.AZ/ Tbilisinin təbii fəlakətdən ziyan görmüş zooparkı bu ilin sentyabrında açılacaq.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda zooparkın direktoru Zurab Qurielidze bildirib.

Onun sözlərinə görə, müəssisənin bir hissəsində daşqından sonra aparılan təmizlik və bərpa işləri başa çatıb: "Sentyabrdan zoopark işləyəcək. Qəfəslərin çoxu dağıldığından heyvanların zooparka gətirilməsində çətinlik çəkirik".

Qeyd edək ki, bu il iyunun 14-də Gürcüstanda leysan və güclü külək nəticəsində 19 nəfər həyatını itirmiş, zooparkdakı 600 heyvandan yarısı tələf olmuşdu. Daşqın və sel Tbilsidəki zooparkla yanaşı, yolları, obyektləri dağıtmışdı. 

Son xəbərlər

Orphus sistemi