​Tacikistanda torpaq sürüşməsi nəticəsində azı on nəfər ölüb

​Tacikistanda torpaq sürüşməsi nəticəsində azı on nəfər ölüb Məlumata əsasən, sürüşməyə səbəb kimi dağlarda leysan yağışlarının yağması göstərilib
Region
4 Aprel , 2015 11:02
​Tacikistanda torpaq sürüşməsi nəticəsində azı on nəfər ölüb

Bakı. 4 aprel. REPORT.AZ/ Tacikistanda suvarma kanalı yaxınlığında torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Tacikistanın Fövqəladə Hallar Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, sürüşməyə səbəb kimi dağlarda leysan yağışlarının yağması göstərilib.

Xəbərə görə, hadisə nəticəsində ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib. Xilasedicilər bildirib ki, torpaq uçqunu altında daha 3 nəfər qalıb. 

Hadisə ölkənin Fayzabad rayonunda iş gününün sonunda baş verib. 

Son xəbərlər

Orphus sistemi