​Tacikistanda keçirilən konstitusiya referendumunun nəticələri açıqlanıb

​Tacikistanda keçirilən konstitusiya referendumunun nəticələri açıqlanıb Prezidentliyə namizədliyin yaş senzi 35-dən 30-a endirilib
Region
23 May , 2016 10:52
​Tacikistanda keçirilən konstitusiya referendumunun nəticələri açıqlanıb

Bakı. 23 may. REPORT.AZ/ Tacikistanda mayın 22-də keçirilən konstitusiya referendumunun nəticələri açıqlanıb.

"Report" Tacikistan KİV-inə istinadən xəbər verir ki, ölkə Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xuoyerzoda referendumun nəticələrinə həsr olunan mətbuat konfransında deyib ki, səsvermədə 4 milyon 38 min, yaxud seçicilərin 92 faizi iştirak edib.

MSK sədri bildirib ki, seçicilərin 94,5 faizi əlavə və dəyişikliklərin lehinə səs verib.

Onun sözlərinə görə, referenduma təqdim olunan layihənin lehinə 3 milyon 814 min nəfər, yaxud səsvermədə iştirak edən seçicilərin 94, 5 faizi, səs verib. 134 min 171 nəfər, yaxud 3,3 faiz seçici isə əlavə və dəyişiklikləri dəstəkləməyib.

Dəyişikliklərə əsasən, hazırkı prezident İmoməli Rəhmon müddətsiz olaraq, bu posta namizədliyi irəli sürə bilər. Bundan başqa prezidentliyə namizədliyin yaş senzi 35-dən 30 yaşadək endirilib. 

Referendumun nəticələrinə görə, Tacikistanda milli və dini təmayüllü partiya yaradılması qadağan edilib.

Son xəbərlər

Orphus sistemi