Bakı. 16 sentyabr. REPORT.AZ/ Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzodanın silahlılarına qarşı döyüşdə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub.
"Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.
Xəbərə görə, "Alfa"nın komandiri Rüstəm Amakiyev gecə saatlarında Ramit dərəsində generalın dəstəsi ilə döyüşdə həyatını itirib. Məlumatda bildirilib ki, həmin döyüşdə "Alfa"nın bir döyüşçüsü, Xüsusi Təyinatlı Polis Dəstəsinin 2 əməkdaşı da həlak olub, güc strukturlarının bir neçə hərbçisi yaralanıb.
Xatırladaq ki, sentyabrın 4-də Düşənbə və Vəhdət şəhərlərinə silahlıların basqını nəticəsində