​Tacikistan müxalifətinin liderlərindən biri İstanbulda güllələnib

​Tacikistan müxalifətinin liderlərindən biri İstanbulda güllələnib Hadisə Kuvatovun həyat yoldaşı və uşaqlarının gözü qarşısında baş verib
Region
6 Mart , 2015 09:37
​Tacikistan müxalifətinin liderlərindən biri İstanbulda güllələnib

Bakı. 6 mart. REPORT.AZ/ Tacikistan müxalifətinin liderlərindən biri Umarali Kuvatov İstanbulda güllələnib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, hadisə Kuvatovun həyat yoldaşı və uşaqlarının gözü qarşısında baş verib.

Umarali Kuvatov müxalifətdə olan "24" Hərəkatının lideri idi. O, 2012-ci ildə Tacikistandan Rusiyaya mühacirət edib. Bir müddət sonra oradan gedib. U.Kuvatov 2012-ci ilin sonunda Tacikistanın istəyi əsasında Birləşmiş Ərəb Əmirliyində həbs olunub. Sərbəst buraxıldıqdan sonra Türkiyəyə köçüb.

Son xəbərlər

Orphus sistemi