​Suriyanın Türkiyə ilə sərhəd rayonuna rus hərbçiləri yerləşdirilib

​Suriyanın Türkiyə ilə sərhəd rayonuna rus hərbçiləri yerləşdirilib Onlar terrorçu "PYD" və Bəşşar Əsəd silhalılarının müşayiəti altında Terteb təpəsindəki hərbi düşərgəyə aparılıblar
Region
21 Yanvar , 2016 10:36
​Suriyanın Türkiyə ilə sərhəd rayonuna rus hərbçiləri yerləşdirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolu "PYD"-nin nəzarəti altında olan Kamışlı bölgəsində Rusiyanın 100 əsgəri yerləşdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriyada İnsan Hüquqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, rusiyalı hərbçilər terrorçu "PYD" və Bəşşar Əsəd silahlılarının müşayiəti altında Kamışlının cənubundakı Terteb təpəsindəki hərbi düşərgəyə aparılıblar.

Türkiyənin kəşfiyyat qurumuna bağlı mənbələr də Rusiya hərbçilərinin Türkiyə sərhədinin yaxınlığında yerləşən Kamışlı bölgəsinə gətirildiyini təsdiqləyib. Kəşfiyyat mənbələri əvvəllər də Rusiya hərbçilərinin bu bölgəyə gətirildiyini bildiriblər. İndiyədək həmin əraziyə yerləşdirilən Rusiya əsgərlərinin sayı məlum deyil. Bununla belə kəşfiyyata istinadən qeyd edilib ki, əvvəllər rus əsgərlərini Bəşşar Əsəd silahlılarının nəzarəti altında olan ərazilərə yerləşdirirdilər.

Son xəbərlər

Orphus sistemi