Suriyalı qaçqınları aparan gəmi batıb, 3 uşaq ölüb

Suriyalı qaçqınları aparan gəmi batıb, 3 uşaq ölüb Türkiyə Sahil-Mühafizə Xidməti əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı nəticəsində 4 nəfərin meyiti sudan çıxarılıb
Region
26 Yanvar , 2016 17:38
Suriyalı qaçqınları aparan gəmi batıb, 3 uşaq ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Didim rayonunun Fənər kəndindən qaçaq yolla Yunanıstan adalarına keçmək istəyən və göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi suriyalı qaçqınları daşıyırmış. Onların olduğu gəmi Bulamaç adası yaxınlığında batıb.

Türkiyə Sahil-Mühafizə Xidməti əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfərin meyiti sudan çıxarılıb. 

Son xəbərlər

Orphus sistemi