Bakı. 7 aprel. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriya ərazisindən atılan iki raketdən biri Türkiyənin Kilis bölgəsinin Yavuz Sultan Səlim məhəlləsi və Kartalbəyt adlı ibtidai məktəbin həyətinə düşməsi nəticəsində 3 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, raket düşən ərazilərə təcili tibbi yardım maşınları göndərilib.