​Suriyada türkmən rayonu atəşə tutulub: 3 ölü, 5 yaralı

​Suriyada türkmən rayonu atəşə tutulub: 3 ölü, 5 yaralı "Yayladağ" keçid-buraxılış məntəqəsi yaxınlığında müxalifətin cavab atəşindən sonra atışma şiddətlənib
Region
20 Aprel , 2015 20:21
​Suriyada türkmən rayonu atəşə tutulub: 3 ölü, 5 yaralı

Bakı. 20 aprel. REPORT.AZ/ Suriyanın Bayırbucaq rayonunda Bəşşar Əsədə bağlı silahlılarla qarşıdruma nətcəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Bəşşar Əsədin silahlıları türkmənlərin yaşadığı dağlıq ərazini davamlı olaraq atəşə tuturlar.

Məlumatda bildirilib ki, rayonun "Yayladağ" keçid-buraxılış məntəqəsi yaxınlığında müxalifətin cavab atəşindən sonra atışma şiddətlənib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xatırladaq ki, Bayırbucaq türkmən yurdudur və ora Bəşşar Əsədə müxalif olan qüvvələrin nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi