​Suriyada İranın daha bir generalı öldürülüb

​Suriyada İranın daha bir generalı öldürülüb Seyid Səyyah Tahiri İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub
Region
15 Yanvar , 2016 12:06
​Suriyada İranın daha bir generalı öldürülüb

Bakı.15 yanvar. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb.

"Report" xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid "Defapress" saytı məlumat yayıb.

Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürüldüyü yer və tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl də Suriyada İranın bir neçə generalı öldürülüb. 

Son xəbərlər

Orphus sistemi