Bakı. 13 aprel. REPORT.AZ/ Suriyada İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb.
"Report"un "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, kapitan Həmdullah Bahşəndə ötən həftə Suriyaya göndərilən İran Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından ibarət 65-ci briqadasının zabiti olub.
O, Hələbin cənubunda güclənən qarşıdurmalar zamanı Bəşşar Əsəd rejiminə müxalif qüvvələr tərəfindən öldürülüb.
Qeyd edək ki, İran Suriyadakı toqquşmalarda aprelin əvvəlindən bəri 1 polkovnik və 5 xüsusi təyinatlı olmaqla, ümumilikdə 24 hərbçisini itirib.