Suriya ərazisindən Türkiyəyə 3 raket atılıb, iki nəfər yaralanıb

Suriya ərazisindən Türkiyəyə 3 raket atılıb, iki nəfər yaralanıb Raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb
Region
19 Aprel , 2016 16:14
Suriya ərazisindən Türkiyəyə 3 raket atılıb, iki nəfər yaralanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Suriya ərazisindən Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin Türkiyə sərhədində yerləşən Kilis rayonunun Helvecioğlu məhələsində evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.

Qeyd edək ki, dünən Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raketin Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi