Suriya Demokratik Qüvvələrindən yüz ərəb Türkiyəyə təslim olub

Suriya Demokratik Qüvvələrindən yüz ərəb Türkiyəyə təslim olub "Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin"
Region
3 Sentyabr , 2016 10:04
Suriya Demokratik Qüvvələrindən yüz ərəb Türkiyəyə təslim olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) sıralarında azlıqda olan ərəblər bildiriblər.

Məlumata görə, SDQ-nin sıralarındakı 100 ərəb Türkiyə Silahlı Qüvvələrinə təslim olub.

Onlar Suriyanın Haseke bölgəsindən Türkiyəyə sığınaraq bildiriblər: "Biz Türkiyə yox, İŞİD və Bəşşar Əsədə qarşı döyüşmək istəyirik. Bizi Türkiyəyə qarşı döyüşməyə təhrik etməyin".

Məlumata görə, ərəblərdən ibarət "Əhrar Rakka" adlı qrup da PKK ilə ixtilaf səbəbindən SDQ-dən ayrılıb.

Xəbərdə qeyd olunub ki, SDQ-ni ABŞ yaradıb. Orada ərəb, türkmən, başqa etnik qruplar və dinlərin təmsilçilərinin olduğu iddia edilsə də, təşkilatı əsasən PKK və onun Suriyadakı qolları idarə edir. 

Son xəbərlər

Orphus sistemi