​Süleyman Dəmirəlin qardaşı vəfat edib

​Süleyman Dəmirəlin qardaşı vəfat edib Hacı Əli Dəmirəl sabah dəfn olunacaq
Region
18 Dekabr , 2014 17:18
​Süleyman Dəmirəlin qardaşı vəfat edib

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl Ankaradakı evində vəfat edib.

"Report" "CNNTurk"ə istinadən məlumat verir ki, o, dekabrın 19-da dəfn olunacaq.

Hacı Əli Dəmirəl ailəsinin nəzarətində olan "Orma", "Haymak", "Terakki Kollektif", "Kuştur", "Göltaş" və "Peraja-Coca Cola" kimi şirkətlərə ortaq idi.

S.Dəmirəlin prezidentliyi dönəmində onun adı bir sıra maliyyə qalmaqallarında hallanıb.

Son xəbərlər

Orphus sistemi