​"Su-24" təyyarəsinin pilotunun cənazəsi Ankaradan Moskvaya gətirilib - VİDEO

​"Su-24" təyyarəsinin pilotunun cənazəsi Ankaradan Moskvaya gətirilib - VİDEO Təyyarəni Rusiyanın müdafiə naziri Sergey Şoyqu qarşılayıb
Region
30 Noyabr , 2015 23:22
​Su-24 təyyarəsinin pilotunun cənazəsi Ankaradan Moskvaya gətirilib - VİDEO

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə tərəfindən vurulan Rusiyaya məxsus "Su-24" bombardımançı təyyarəsi heyətinin komandiri Oleq Peşkovun cənazəsini gətirən hava gəmisi Moskva ətrafında yerləşən Çkalovski aerodromuna eniş edib.

"Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Təyyarəni Rusiyanın hava məkanında qırıcılardan ibarət mühafizə dəstəsi müşayiət edib. Hava gəmisini Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryev qarşılayıb.

Rusiya təyyarəsi 24 noyabr 2015-ci il tarixində terrorçulara qarşı əməliyyat zamanı vurulub. Vurulma anında qırıcıdan paraşütlə atılmağı bacaran podpolkovnik Oleq Peşkov Suriya terrorçuları tərəfindən öldürülüb.

Noyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Peşkova ölümündən sonra Rusiya qəhrəmanı adı verib.

Son xəbərlər

Orphus sistemi