​Spiker Valentina Matviyenko Rusiyada kollektorlarla bağlı komissiyanın yaradılmasını təklif edib

​Spiker Valentina Matviyenko Rusiyada kollektorlarla bağlı komissiyanın yaradılmasını təklif edib "Kollektor agentliklərinin fəaliyyətini tənzimləyəcək federal qanunun qəbulunu tezləşdirmək lazımdır"
Region
3 Fevral , 2016 01:58
​Spiker Valentina Matviyenko Rusiyada kollektorlarla bağlı komissiyanın yaradılmasını təklif edib

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko kollektorlar haqqında qanun layihəsi üzrə komissiyanın yaradılmasını təklif edib. Onun fikrincə, qrupun tərkibinə hökumət və parlament nümayəndələri daxil olmalıdır.

"Report" xəbər verir ki, bu barədə o Federasiya Şurasının rəsmi saytındakı bloqunda yazıb.

Siyasətçi hesab edir ki, kollektor agentliklərinin fəaliyyətini tənzimləyəcək federal qanunun qəbulunu tezləşdirmək lazımdır.

Matviyenkonun sözlərinə görə, senatorlar Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan borcların qanunsuz üsullarla geri alınması ilə bağlı məsələni yoluna qoymağı xahiş edəcəklər.

Ötən həftə Rusiyanın Ulyanovsk vilayətində kollektorlar tərəfindən borca görə azərbaycanlı iş adamı İsmayıl Hüseynovun evinə "Molotov kokteyli"atılıb. Nəticədə onun 2 yaşlı uşağı və 56 yaşlı atası yanıq xəsarətləri alıb.

Son xəbərlər

Orphus sistemi