Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiyadan son bir ay ərzində Türkiyəyə 60 min turist səfər edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan rayon icra nümayəndələrinin 27-ci toplantısındakı çıxışında bildirib.
"Turizm sektorunda irəliləyiş var. Çarter reysinə qoyulan qadağa götürüldükdən sonra Rusiyadan ölkəmizə 60 min turist gəlib. Rusiyadan turist axınının artacağına ümid edirik", - deyə, o söyləyib.
Qeyd edək ki, çarter reyslərinə qoyulan qadağa bu ilin avqustunda ləğv edilib.